
"Qəbələ" "Neftçi"nin sabiq hücumçusu üçün daha 20 min ödəməli oldu
- 08 Avq 2022 21:00
- 541
Ötən mövsümü “Neftçi”də keçirən Ramon Maçadonun transferi "Qəbələ"ni əlavə xərcə salıb.
Rekord.az xəbər verir ki, əyalət təmsilçisi braziliyalı hücumçuya görə, daha 20 min dollar ödəməli olub.
Beləcə, cənubi amerikalı qırmızı-qara formanı geyindiyi 10 ay ərzində 100 min dollar qazanacaq.
31 yaşlı “sambaçı” karyerası ərzində Almaniyada “Reqensburq” (2012-2013), Braziliyada “Esportivo” (2014), “Lajeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Brazil de Pelotas” (2016-2017, 2021), “Ponte Preta” (2017), “Yuventud” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021), “Botofoqo”da (2020) forma geyinib.
O, 2021/22 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edib. “Neftçi” ilə gümüş mükafat qazanan forvard 24 oyunda 5 qol vurub.
“Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev, Felipe Santos və Feras Abu Akalı heyətinə qatıb. Beləcə, “qırmızı-qaralar” yay transfer dövründə beşinci oyunçu keçidini gerçəkləşdirib. (sportinfo.az)