“Qəbələ” legioneri ilə vidalaşdı
- 15:00
- 33
"Qəbələ" ilə Adriel Ba Loua arasında bağlanmış müqavilə başa çatıb.
Rekord.az xəbər verir ki, 2025-ci ilin yayından komandada çıxış edən kot divuarlı yarımmüdaiəçi bu müddətdə 35 oyunda 4 qol vurub.
O, Premyer Liqada 30 (4 qol), pley-offda 1, ölkə kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.
“Qəbələ" İK futbolçuya kluba göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.