“Qəbələ” ilə müqaviləsi dekabrın 31-nə qədər olan İviça Juniç "qırmızı-qaralar"dan ayrılmayacaq.

Rekord.az xəbər verir ki bunu qol.az-a açıqlamasında komandanın baş məşqçisi Elmar Baxşıyev deyib.

O, xorvatiyalı müdafiəçi ilə ilkin razılıq əldə etdiklərini, onunla yeni müqavilə bağlanacağını deyib. Baş məşqçi komandada qışda sözləşməsi başa çatacaq başqa futbolçu olmadığını da bidirib.

Qeyd edək ki, 31 yaşlı Juniç bu ilin yayından “Qəbələ”də çıxış edir.