Məlum olduğu kimi, Gəncədəki stadionun qazonu bərbad durumda olduğundan "Kəpəz" ev oyunlarını Qəbələdə keçirəcək.

Rekord.az xəbər verir ki, "Dalğa Arena" variantı olsa da, Gəncə təmsilçisi Qəbələni seçib.

Əldə etdiyimiz məlumata görə, buna səbəb "Qəbələ" rəhbərliyinin icarə qiymətində "Kəpəz"ə müəyyən güzəştlər etməsi olub.