"Qəbələ" mövsümün sonunda klubla müqaviləsi başa çatacaq iki əcnəbi ilə yeni müqavilə məsələsində razılığa gəlib.

Rekord.az xəbər verir ki, söhbət Ruan Renato ilə Felipe Santosdan gedir.

Hər iki futbolçu daha 1 il "Qəbələ"də oynamağa razı olduqlarını bildiriblər. Amma bir məsələ var. Bunun üçün klubun avrokuboklara vəsiqə qazanması mütləqdi. Çünki hər iki futbolçu avrokuboklarda oynamaq istəyir. Əgər Qəbələ təmsilçisi avrokuboklardan kənar qalsa, o zaman adıçəkilən futbolçuların klubdan ayrılmaq ehtimalı artacaq.