
"Qəbələ" azarkeşlərin Bakıya gəlişini təmin edəcək
- 29 May 2023 13:00
- 546
Məlum olduğu kimi, iyunun 3-də "Bakcell Arena"da ölkə kubokunun final matçı keçiriləcək.
Rekord.az xəbər verir ki, "Neftçi" ilə üz-üzə gələcək "Qəbələ" bu oyunda dəstəksiz qalmayacaq.
Əldə etdiyimiz məlumata görə, "Qəbələ" rəhbərliyi oyuna gəlmək istəyən yerli fanatlar üçün 3-4 avtobus ayırmağı düşünür. Saytımıza açıqlama verən "Qəbələ"nin mətbuat katibi Anar Hacıyev də klub tərəfindən Bakıya azakeş aparacaq avtobusların ayırılacağını təsdiq etdi.