Qazaxıstan millisi Millətlər Liqasının C liqasında qalmaq üçün pley-off mərhələsində qarşılaşacağı Moldova ilə oyunöncəsi problemlə üzləşib.

Rekord.az xəbər verir ki, buna səbəb Moldovanın hava məkanının bağlanmasıdır. Ona görə də Qazaxıstan yığması səfər oyununa Rumıniyadan yollanmalı olacaq. Yığma Rumınyaya çarter reysi ilə uçduqdan sonra Kişinyova avtobusla gedəcək.

Qeyd edək ki, pley-offun Moldova – Qazaxıstan cütündə qalib gələn komanda növbəti mövsündə Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparacaq.