
"Qarabağ"la oyuna görə söyülən futbolçunun arvadı xəstəxanalıq oldu
- 08 Okt 2022 12:00
- 430
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda ötən gecə "Qarabağ"la keçirilən oyundan sonra "Olimpiakos"un futbolçusu Pape Abu Sissenin həyat yoldaşı Jihannenin halı pisləşib.
Rekord.az xəbər verir ki, seneqallı müdafiəçinin xanımı tribunlardan həyat yoldaşına qarşı edilən təzyiqlərə və təhqirlərə dözə bilmədiyindən huşunu itirib.
O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. O, ilkin müdaxilədən sonra özünə gəlib.
"Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra Pape Abu Sisse yerli azarkeşləri, fanatlar isə onu söyüb.