
"Qarabağ"ın yeni transferi ərəblərdən 900 min tələb edir?
- 19 Avq 2021 17:00
- 779
Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə "Əl-Əyn"dən FİFA-ya şikayət ərizəsi ünvanlayıb.
Rekord.az-ən məlumatına görə, o, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) klubundan 900 min avro təzminat tələb edib.
“Qəbələ”nin yetirməsi onunla 3 illik müqavilə imzalayan və iyulun 1-dən qüvvəyə minən kontraktı sonradan birtərəfli qaydada pozan BƏƏ təmsilçisinin qeyri-peşəkar davranışına görə sərt cəzalandırılmasını istəyir.
“Əl-Əyn”lə razılığa gəlməsi səbəbindən “Sabah”dan ayrılan, ərəblərin məlum addımı atması nəticəsində “Qarabağ”ın yolunu tutan Mustafazadənin FİFA-ya göndərdiyi şikayət ərizəsində 900 min avronu qeyd eləməsi təsadüfi deyil.
BƏƏ klubu rəsmi sənədlərə əsasən, 3 il müddətində Bəhlula məhz bu qədər maaş ödəməyi üzərinə götürüb. (sportinfo.az)