
“Qarabağ”ın “Şelburn”la səfər matçı üçün ayrılmış vauçerlər satışa çıxarılır
- 21 İyl 2025 13:40
- 47
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Şelburn" (İrlandiya) - “Qarabağ” matçını “Tolka Park" stadionunda izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün satışa çıxarılacaq.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Biletlər saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "E" sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti böyüklər üçün 25 avro, uşaqlar və tələbələr üçün isə 20 avrodur.
"Qarabağ"ın azarkeşləri üçün "Tolka Park" stadionunda 306 yer ayırılıb.
Vauçerləri əldə edən şəxslər şəxsiyyəti təsdiq edən sənədi təqdim etdikdən sonra onları biletə dəyişə biləcəklər. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.
Qeyd edək ki, "Şelburn" - "Qarabağ" oyunu iyulun 23-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.