
"Qarabağ"ın sabiq məşqçisi Makedoniyada çalışacaq
- 24 İyl 2022 12:10
- 492
"Qarabağ" və "Zirə"nin sabiq məşqçisi Borçe Xristov özünə yeni iş tapıb.
Rekord.az xəbər verir ki, şimali makedoniyalı mütəxəssis ölkəsində "Vardar" klubunda çalışacaq.
Təcrübəli mütəxəssis bu klubun futbol akademiyasının direktoru təyin edilib.
O, son olaraq "Rabotniçki"nin baş məşqçisi kimi çalışmışdı.