Futbol üzrə Almaniya kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, Avropa Liqasının G qrupunda “Qarabağ”ın rəqibi olan “Frayburq”un da qarşılaşacağı komanda məlum olub.

“Frayburq” bu mərhələdə 2-ci Bundesliqada mübarizə aparan “Sankt Pauli” ilə üz-üzə gələcək. 

“Frayburq” Avropa Liqasının qrup mərhələsinin ilk turunda, sentyabrın 8-də “Qarabağ”ı qəbul edəcək.