“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan Çexiyanın "Viktoriya" klubu daha bir transfer həyata keçirib.

Rekord.az xəbər verir ki, Plzen təmsilçisi 24 yaşlı cinah hücumçusu Erik Yirkanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Slovakiyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

İspaniyanın "Real Ovyedo" klubundan transfer olunan Erik Yirka Slovakiya millisinin də üzvüdür.