İsveç çempionatında 23-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” də növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda “Halmstad”la üz-üzə gəlib və 3:2 hesablı qələbəyə sevinib.

“Hakken” bu qələbədən sonra 47 xalla 3-cü pillədə qərarlaşıb.

“Qarabağ” bu rəqibə qarşı ilk matçını oktyabrın 5-də səfərdə, ikinci oyununu dekabrın 14-də Bakıda keçirəcək.