İsveçrə çempionu "Sürix" Bakıya səfər formalarını gətirə bilməyib.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk görüşündə "Qarabağ"la oyunda geyinilən formalar satılmır.

Klub səfər formalarının çatdırılması ilə bağlı problem yaşadığından, xüsusi qara formalardan istifadə etməli olub. O da vurğulanıb ki, komandanın yeni mövsüm üçün ev və səfər formaları iyulun sonlarında fan-maqazində və həmçinin onlayn şəkildə satışa çıxarılacaq.