“Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın “Nant” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Mets" komandasından Fabyen Santonzu transfer edib.

26 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

"Qarabağ" qrup mərhələsinin 2-ci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında 5-ci tur çərçivəsində keçiriləcək ikinci oyun oktyabrın 27-də Fransada baş tutacaq.