UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İsveçrənin “Sürix” klubu iki futbolçusunu icarəyə verib.

Rekord.az xəbər verir ki, Silvan Vallner və Nils Rayxmut daha çox oyun təcrübəsi qazanmaq üçün 2022/23 mövsümünü "Vil"də keçirəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Sürix" Rayxmutun müqaviləsinin 2025-ci ilədək uzadıldığını da açıqlayıb.

“Qarabağ”ın "Sürix"lə ilk oyunu iyulun 19-da Bakıda, cavab görüşü isə iyulun 27-də səfərdə baş tutacaq.