Futbol üzrə İsveçrə çempionatında 8-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Sürix”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 3:1.

“Bazel” 8 turdan sonra 18 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.

“Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.