"Qarabağ"ın qapıçısı Vaqner Portuqaliyadan təklif alıb.

Rekord.az-a daxil olan məlumata görə, "Boavişta" Ağdam klubunun qapıçısını transfer etmək istəyir.

Lakin qapıçı özü hələlik bu təklifə hər hansı reaksiya verməyə tələsmir.

Qeyd edək ki, Vaqner artıq "Qarabağ"da əsas heyət üzvü sayılmır. Qurban Qurbanov son zamanlar daha çox Şahruddin Məhəmmədəliyevə şans verir.