
“Qarabağ”ın prezidenti kluba çox sərmayə qoyur”
- 21 Noy 2022 17:30
- 400
Portuqaliya millisinin keçmiş futbolçusu Nunu Qomeş Türkiyənin “TRT Spor” telekanalına açıqlama verib.
Rekord.az xəbər verir ki, keçmiş hücumçu “Qarabağ”ın Avropa Konfrans Liqasında Belçika “Gent”i ilə oyunlarına da toxunub:
“Qarabağ”ın prezidenti kluba çox sərmayə qoyur və bu, gec-tez bəhrəsini verəcək. “Qarabağ” öz ölkəsində turnir cədvəlində birincidir və Avropa Konfrans Liqasında Belçika “Gent”i ilə üz-üzə gələcək. Bu komandaya bir neçə portuqaliyalı, braziliyalı və qanalı futbolçu qoşulub. Onlar yaxşı işləyirlər və əminəm ki, daha uğurlu olacaqlar”.
“Qarabağ” “Gent”lə ilk matçını fevralın 16-da evdə, cavab oyununu isə fevralın 23-də səfərdə keçirəcək.