"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri - Bolqarıstanın "Ludoqorets" və Macarıstanın "Ferentsvaroş" komandaları üz-üzə gəliblər.


Rekord.az xəbər verir ki, Razqrad şəhərində keçirilən ilk oyunda hesab açılmayıb.


"Qarabağ" Şimali Makedoniya təmsilçisi "Şkendiya"nı mübarizədən kənarlaşdırarsa, bu cütün qalibi ilə üz-üzə gələcək. Çempionlar Liqasında mübarizəni dayandıracağı təqdirdə isə yoluna Avropa Liqasında davam edəcək və sözügedən cütün məğlubu ilə qarşılaşacaq.