
“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
- 21 İyl 2025 14:45
- 52
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, səpələnmişlər səbətində yer alan “Şelburn” (İrlandiya) - “Qarabağ” cütünün qalibi III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütündə üstün olan komanda ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin görüşləri avqustun 5-6-da və 12-də baş tutacaq. Qurban Qurbanovun komandası bu raunda vəsiqə qazanarsa, ilk oyunu səfərdə keçirəcək.