
“Qarabağ”ın oyununa biletlər satışa çıxarılır
- 00:14
- 39
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şkendiya” (Şimali Makedoniya) oyununun biletləri avqustun 5-də saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Rekord.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;