Macarıstanın “Ferentsvaroş” komandasının müdafiəçisi Endre Botka UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:1 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Slovakiyada "Slovan"a qarşı oynadığımız futbolu Bakıda da təkrarlamaq istəmirdik. Bilirdik ki, burada ağıllı oynamalı və nəticəyə fikir verməliyik. Budapeştdəki cavab oyununda qalib gəlməliyik. Hesabda önə çıxsaq da, təəssüf ki, "Qarabağ" dönən topdan sonra hesabı bərabərləşdirə bildi. Komandamızın bütün üzvləri matça konsentrasiya olunmuşdular. Rəqib futbolçular hücumda çox güclü oynasalar da, müdafiə xətlərində problemlərin olduğunu gördük. Cavab görüşündə bundan yararlanmalıyıq. Çempionlar Liqasının qrup mərhələsinə düşmək istədiyimiz üçün ev oyununda qalib gəlməliyik".

Botka Bakıdakı havadan da şikayətlənib: "Ümid edirəm ki, Macarıstanda həmin vaxt hava daha əlverişli olacaq, o qədər də bulanıq olmayacaq və bədənimizə bağladığımız hiroskopdan tüstü çıxmayacaq".

“Qarabağ”la “Ferentsvaroş” arasındakı cavab matçı avqustun 9-da Budapeştdə baş tutacaq.