"Qarabağ"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi “Şelburn”dur.


1-ci təsnifat mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyanın "Linfild" kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şelburn”, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşaraq növbəti raundda Ağdam təmsilçisinə rəqib olub.


Qitənin ən nüfuzlu klub turnirində 2-ci təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.