
"Qarabağ"ın aparıcı müdafiəçisi cəzalı duruma düşdü
- 07 Mar 2022 12:20
- 509
"Qarabağ"ın futbolçusu Kevin Medina Azərbaycan Premyer Liqasının XIX turunda "Sabah"a qarşı forma geyinməyəcək.
Rekord.az xəbər verir ki, kolumbiyalı müdafiəçi "Qəbələ" ilə hazırda davam edən qarşılaşmada cəzalı duruma düşüb.
O, 40-cı dəqiqədə İsnik Alimiyə kobudluq edərək, penaltiyə səbəbkar olmaqla yanaşı, çempionatda dördüncü dəfə xəbərdarlıq alıb. Beləliklə, Medina sarı vərəqə limitini doldurub.
65-ci dəqiqədə isə 29 yaşlı oyunçu komandasının üçüncü qolunu vurub.
"Sabah" - "Qarabağ" görüşü martın 12-də keçiriləcək.