"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçından - "Lex"lə görüşdən sonra rəsmi saytı vasitəsi ilə bəyanat yayıb.

Rekord.az mətni olduğu kimi təqdim edir:
 
“Qarabağ” - “Lex” oyunu təşkilati baxımdan bir sıra yeniliklərlə yadda qaldı. Belə ki, azarkeşlərin stadiona rahat gəliş-gedişi və təhlükəsizliyi üçün klubumuz, həmçinin stadion əməkdaşları ilə yanaşı, polis işçiləri, könüllülər əllərindən gələni etdilər. Matçın təşkilində əməyi keçən hər kəsə - Azərbaycan Respublikası Gənclər və İdman Naziriliyinin əməkdaşlarına, Daxili İşlər Nazirliyinin oyunda xidmət göstərən yüksək rütbəli zabitlərindən sıravi əməkadaşlarına qədər hər kəsə və eləcə də könüllülərə sonsuz təşəkkürlər!

“Qarabağ” FK olaraq, komandamıza daim dəstəyini əsirgəməyən Gənclər və İdman Naziri Fərid Qayıbova xüsusi minnətdarlığımızı bildiririk.
 
“Sürix”lə oyunda görüşənədək”.