“Qarabağ” Ramazan bayramı münasibətilə azarkeşlərinə jest edib.

Rekord.az xəbər verir ki, Ağdam klubu bu gün keçiriləcək "Qarabağ" - "Zirə" oyununa girişi pulsuz edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, bu oyuna bilet almış azarkeşlər növbəti ev oyunu - "Qəbələ" ilə matçda həmin biletdən istifadə edə biləcəklər.

Bugünkü qarşılaşma üçün isə yalnız VIP biletlər satışda olacaq.

Xatırladaq ki, Premyer Liqanın 31-ci turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Zirə" oyununa saat 20:00-da start veriləcək.