"Bu, Macarıstan çempionu üçün yaxşı püşkdür".

Rekord.az xəbər verir ki, bunu rusiyalı məşqçi Rəşid Rəhimov Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" – "Ferentsvaroş" cütü ilə bağlı fikirlərini bildirərkən deyib.

Milliyyətcə tacik olan 57 yaşlı mütəxəssis "Qarabağ"la oyunlarda Macarıstan əhalisinin qələbə gözlədiyini bildirib:

"Macarıstanda hamı bu komandadan qrup mərhələsinə vəsiqə qazanmağı gözləyir. "Ferentsvaroş" digər nəticəni tanımır".

Bu gün saat 20:00-da tərəflərin ilk dueli Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Cavab qarşılaşması avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.