Son günlər "Qarabağ"ın futbolçusu Abdulla Zubirin adı bəzi klublarla yanaşı hallanır.

Rekord.az xəbər verir ki, Türkiyədən və Avropadan Mərakeş əsilli futbolçunun xidmətində maraqlı olanlar var.

Saytımıza daxil olan son məlumata görə, Ağdam klubu da Zubiri satmağın əlehinə deyil. Lakin bir şərtlə ki, onu almaq istəyən klub minimum 2 milyon dollarından keçməlidir. Bundan aşağı qiymətə Zubir satılmayacaq.