"Qarabağ" Qəbələdə xal itirdi
- 18:54
- 109
Misli Premyer Liqasının 31-ci tur davam edir.
Rekord.az xəbər verir ki, bu günə daha iki oyun nəzərdə tutulub.
Günün ilk matçında “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edir. Hazırda turnir cədvəlində Ağdam klubu 62 xalla 2-ci, “qırmızı-qaralar” isə 20 xalla 11-cidir.
İlk iki dövrədə bu komandaların oyunlarında sevinən tərəf “Qarabağ” olub. Ağdam klubu ilk dövrədə 2:0, daha sonra isə 2:1 hesabı ilə qalib gəlib.
İkinci qarşılaşmada isə “Sumqayıt” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Sona 3 tur qalmış Naxçıvan təmsilçisi 40 xalla 6-cı, “Sumqayıt” isə 38 xalla 7-ci pillədə qərarlaşıb.
Cari mövsüm bu komandalar arasında keçirilən matçlarda tərəflər hərəyə bir qələbə qazanıblar. “Sumqayıt” rəqibini 3:2, “Araz-Naxçıvan” isə 1:0 hesabı ilə məğlub edib.
9 may
17:00. “Qəbələ” - “Qarabağ” - 1:1
Qol: Kadi Borqes, 29, - Akinadi, 57
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
19:30. “Sumqayıt” - “Araz-Naxçıvan”
Baş hakim: Rəvan Həmzəzadə
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
10 may
17:00. “Turan Tovuz” - “Karvan-Yevlax”
19:30. “Neftçi” - “Şamaxı”
8 may
“İmişli” - “Zirə” - 0:0
“Sabah” - “Kəpəz” - 0:1

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 19 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Joarlem Santos ("Turan Tovuz") - 10 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Leandro Andrade ("Qarabağ") - 9 qol