Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçları keçirilib.

Rekord.az xəbər verir ki, ilk gündə iki qarşılaşma baş tutub.

Hər iki oyun paytaxtda keçirilib. Günün ilk matçında “Zirə” “Səbail”i qəbul edib. İlk görüşdə çətin qələbə qazanan “Zirə” üstünlüyünü qorumağı bacarıb. Evdə 3 cavabsız qola sevinən zirəlilər növbəti mərhələyə yüksəliblər.

Günün digər qarşılaşmasında cütün taleyi demək olar ki, bəlli idi. Səfərdə “Sabah”a 7:1 hesabı ilə qalib gələn “Qarabağ” üçün cavab oyunu formal xarakter daşıyırdı. Cavab görüşü də məhsuldar keçib. Ağdam klubu bu dəfə 3:4 hesabıyla uduzmasına rəğmən, yarımfinala çıxıb.

Qeyd edək ki, yarımfinalın digər cütündə "Neftçi" "Sumqayıt"ı, "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Azərbaycan kuboku
1/4 finalın cavab oyunları

8 fevral

“Zirə” – “Səbail” 3:0
Qollar: Abbas İbrahim, 4. Rəhim Sadıxov, 42. Rafael Utziq, 74.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 2:1

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Akka, 4. Ruan Renato (k), 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq.
Baş məşqçi: Rəşad Sadıqov.
Səbail: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 21. Anas Najah, 7. Madi Keta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silven Deslandes, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.

“Qarabağ” – “Sabah” 3:4
Qollar: Hamidu Keyta, 30. Adama Diakabi, 61. Maruan Hadudi, 74-öz qapısına – Kristian da Silva, 5. Jarl Marqarita, 27. İshak Belfodil, 58; 69-pen.
Qırmızı vərəqə: Riçard Almeyda, 76.
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 7:1

Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 71. Qurban Məhərrəmov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vensan Till, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 25. Hüseyn Məmmədzadə, 53. Fəxri Məmmədli, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal.
Məşqçi: Ruslan Qafitullin.