“Qarabağ” “Tvente” səddini keçə bilmədi
- 22:50
- 32
“Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Ağdam klubu turnirin pley-off mərhələsində “Tvente” ilə mübarizə aparıb.
Komandalar arasında Niderlandda keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesablı qələbəyə sevinmişdi. Əsas mərhələyə vəsiqə üçün Azərbaycan təmsilçisinə evdə heç-heçə də bəs edirdi.
Mərkəzi arenada keçirilən oyunu norveçli hakim Rohit Saqqi idarə edib. Görüşdə hesabı da "Qarabağ" açıb. Amma qalan dəqiqələrdə ardıcıl qollar vuran Niderland təmsilçisi həm oyunu əlavə vaxta aparıb, həm də yekunda darmadağınla qalib gələrək əsas mərhələyə yüksəlib. "Qarabağ" isə bu mövsüm avrokuboklarla erkən vidalaşıb.
Konfrans Liqası
Pley-offun cavab oyunu
27 avqust
Qarabağ – Tvente 1:4
Qollar: Kadi Borges, 59 – Marko Pyaça, 79. Maks Bruns, 90+2. Vout Veqhorst, 94. Yunes Taha, 115.
Baş hakim: Rohit Saqqi (Norveç).
Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 23. Martin Zlomisliç, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 7. Jali Muaddib, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 55. Bədavi Hüseynov (k), 88. Samuel Lobato.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 25. Cebrail Makreçkis, 32. Hikmət Cəbrayılzadə, 35. Pedro Bikalyo, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.
Tvente: 1. Lars Unnerstal, 3. Robin Pröpper (k), 6. Ramiz Zerruki, 9. Vout Veqhorst, 11. Daan Rots, 19. Yunes Taha, 27. Sondre Oryaseter, 28. Bart van Roy, 38. Maks Bruns, 42. Dauda Veydmann, 43. Rud Neystad.
Ehtiyat oyunçular: 16. Yoel Drommel, 22. Remko Pasver, 4. Matias Kyolo, 7. Marko Pyaça, 12. Gilyerme Peyşoto, 17. Filip Torvaldsen, 20. Van Den Belt, 24. Kristof Kurovski, 25. Venneqor of Hesselink, 26. Benjamin Naqel, 29. Aske Adelqor, 39. Jip Meilink.
Baş məşqçi: Con van den Brom.