
"Qarabağ" transfer çalışmalarını yekunlaşdırdı
- 25 Yan 2022 12:00
- 693
"Qarabağ" transfer çalışmalarını yekunlaşdırıb.
Rekord.az xəbər verir ki, bu həftə Bakıya qayıdacaq Ağdam təmsilçisi yeni futbolçu almayacaq.
Baş məşqçi Qurban Qurbanov buna ehtiyac görməyib.
Qeyd edək ki, "Qarabağ" qış transfer dönəmində 3 transfer reallaşdırıb: Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili, (“Yagelloniya”, Polşa, icarə), Leandro Andrade (“Çerno More”, Bolqarıstan)