Avropa Liqasının qrupuna vəsiqə qazanan "Qarabağ"ın yeni legionerlərlə bağlı danışıqları uğursuz olub.

Rekord.az-a daxil olan məlumata görə, bir neçə futbolçu ilə danışıqlar aparılsa da onların həddindən artıq yüksək maaş tələb etməsi danışıqları uğursuz edib.

İstədiyi futbolçularla anlaşa bilməyən Ağdam təmsilçisi transfer çalışmalarını birdəfəlik dayandırmağa qərar verib. Əldə etdiyimiz məlumata görə, "Qarabağ" ilin sonuna kimi yeni legioner almayacaq.