
"Qarabağ" - "Sürix" matçında anşlaq olacaq
- 19 İyl 2022 17:00
- 502
"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə ev oyununa bilet satışı davam edir.
Rekord.az xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşə indiyə kimi 28 min 500 bilet satılıb.
Qeyd edək ki, sözügedən oyun saat 20:00-da başlayacaq və bilet satışının matç saatına kimi davam edəcəyini nəzərə alsaq, matçda anşlaq olacağı gözlənilir. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.