Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Sumqayıt” “Keşlə”ni qəbul edib. Komandaların turnir cədvəlində qonşu olması bu oyuna marağı daha da artırırdı. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Günün digər oyunu isə lider “Qarabağ”la “Sabah” arasında baş tutub. Bu oyun da heç-heçə yekunlaşıb.

Tura sabah keçiriləcək “Zirə” – “Qəbələ” və “Neftçi” – “Səbail” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XIX tur

29 fevral

“Sumqayıt” – “Keşlə” 2:2
Qol: P.Babayi, 4. R.Sadıxov, 59 – V.İsgəndərli, 10. S.Alxasov, 80.
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Sumqayıt. “Kapital Bank Arena”, 16:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 22. Sərtan Taşqın, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 10. Əmir Ağayev, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 88. Cavid Quliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 42. Aleksandr Kristovao, 30. Şahrux Qadoyev, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 5. Franko Flores, 9. Lorenzo Frutos, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.

“Qarabağ” – “Sabah” 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.


Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 3. Aylton Silva, 27. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 8. Markos Madera, 99. Maqaye Geye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 27. Məqsəd İsayev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 30. Mario Marina, 18. Xulio Sezar Rodriqes, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 32. Rəşad Eyyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 15. Ruslan Abışov, 99. Ramil Şeydayev, 9. Marko Deviç, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç