"Qarabağ" mövsümün sonunda Rüstəm Əhmədzadəni icarəyə verə bilər.

Rekord.az-a daxil olan məlumata görə, hələlik bununla bağlı qəti qərar verilməyib.

Hər şey müqaviləsi başa çatacaq futbolçularla danışıqların gedişindən asılı olacaq.

Qeyd edək ki, Rüstəm ötən ilin dekabrında Ağdam klubu ilə 5 illik müqavilə bağlayıb. Böyük ümidlərlə "Qarabağ"a gətiruilən 22 yaşlı futbolçu hələ ki, əsas heyətdə möhkəmlənı bilmir.