Qurban Qurbanov ölkənin 1 nömrəli məşqçisidi - burası aydındı.

Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssisin “Qarabağ”da əldə etdiyi bütün uğurlar hamıya bəllidi.

Gələn ay 50 yaşını tamamlayacaq çalışdırıcının Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti bitmək üzrədi. Yerli mediada gəzən xəbərlərə görə, “köhlən atlar”ın rəhbərliyi artıq Qurban Qurbanovla razılıq əldə edib. Onunla daha 3 illik müqavilə bağlanıb. “Qarabağ” rəsmiləri təcrübəli mütəxəssisin işindən razıdı və onunla yola davam etmək niyyətindədi.

Görəsən, “Qarabağ” rəhbərliyi həqiqətən mövsüm başa çatmadan Qurbanovla yeni müqavilə bağlayıb? Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə ünvanladıq: “Biz yeni müqavilə bağlanarkən rəsmi saytımız vasitəsi ilə ictimaiyyətə açıqlayırıq. Məsələ haqda yalnız bunu demək istəyirəm. Azarkeşlərimizdən xahiş edirəm ki, rəsmi məlumatları gözləsinlər”. ("Futbol plus")