Xəbər verdiyimiz kimi, “Qarabağ” “Fənərbağça”nın futbolçusu Alper Potukla ciddi maraqlanırdı.

Rekord.az xəbər verir ki, Ağdam klubu hətta bir müddət bu transfer üçün səbrlə futbolçudan cavab gözlədi.

Lakin Potuk Azərbaycan variantını arxa plana atdı. Deyilənə görə, hazırda bütün təklifləri əldən çıxan türkiyəli futbolçu “Qarabağ” variantı ilə maraqlanmağa başlayıb. Lakin iş ondadır ki, indi də “Qarabağ” Potuk haqda fikirləşmir və bu dəftəri bağlayıb.