“Qarabağ” qışda heyətinə qatdığı gürcüstanlı qapıçı Luka Quqeşaşvili ilə yolları ayıracaq.

Rekord.az-a daxil olan məlumata görə, “Yagellone”dən icarəyə götürülən gürcü qapıçınəın icarə müddəti mövsümün sonuna kimidir.

Lakin Ağdam klubu istədə, icarə müddəti başa çatandan sonra qapıçı ilə rəsmi müqavilə bağlaya bilər. Lakin Lukanın “Marsel”lə oyunlardakı zıif çıxışı və kobud səhvləri Qurban Qurbanovun qərarına təsir edib. Belə ki, o, avrokuboklar üçün daha səviyyəli qapıçı axtaracaq.