Xəbər verdiyimiz kimi, “Qarabağ” futbolçusu Rahil Məmmədovla yollarını ayırıb. 

Rekord.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Polşanın LKS klubunda davam etdirəcək.

Ağdam klubunun mətbuat xidməti bu barədə açıqlama yayıb. Klub Məmmədova “Qarabağ” formasında keçirdiyi oyunlara görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. 

Xatırladaq ki, “Qarabağ” müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib. Rahil bu gün LKS-lə 1,5 illik müqaviləyə imza atıb.