Konfrans Liqasının dünən keçirilən "Qarabağ" - "Marsel" oyununda azarkeşlərlə bağlı xoşagəlməz hadisə yaşanıb. Belə ki, bir qrup azarkeş əllərində bilet ola-ola stadiona buraxılmayıb.

Bu haqda Rekord.az-a elə azarkeşlər özləri məlumat verib. 

Onlara deyilib ki, stadionda yer yoxdur. Bu isə müəyyən qaranlıq məqamlar ortaya çıxardıb. Çünki stadionun tam dolması mümkün deyildi, çünki pandemiya qaydalarına görə, stadionun tutumunun 50 faizi qədər azarkeş içəri buraxılırdı. Bu isə 15 min məfər edir. Yəni 30 minlik stadionun tam dolmasına onsuz da icazə yox idi. Əgər 15 minlik limit dolubsa və hamısı biletlə içəri keçibsə, o zaman qapıda qalan insanların əlindəki biletlər hardan peyda olub? Yoxsa satışa 15 mindən artıq bilet çıxarılıb? Hər halda, gün ərzində məsələ ilə bağlı "Qarabağ" klubundan münasibət öyrənməyə çalışacağıq.