İtaliya mətbuatı "Qarabağ"ın transfer bazarlığına aid yeni iddia ilə çıxış edib.

Rekord.az xəbər verir ki, bu ölkədən olan həmkarlarımız Azərbaycan çempionunun Manuel Puççarelliyə təklif göndərdiyini yazıb.

Bildirilib ki, italiyalı forvardı Rumıniyadan ÇFR də transfer etmək istəyir.

Ötən ay Avstraliyanın "Melburn Siti" komandası ilə müqaviləsini pozan 31 yaşlı ön xətt oyunçusu hazırda azad agentdir.

Ölkəsində "Empoli"nin yetirməsi olan Manuel Puççarelli "Qavorrano", "Kyevo", "Peskara"da, həmçinin, Birləşmiş Ərəb Əmirliklərində "Dibba Əl-Fucayra"da çıxış edib.