
“Qarabağ” İrlandiyaya yollandı
- 21 İyl 2025 16:15
- 50
Azərbaycan çempionu “Qarabağ” İrlandiyaya yola düşüb.
Rekord.az xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasının “Şelburn”la oyununa 2 gün əvvəldən yollanıb.
Qurban Qurbanovun yetirmələri Dublin klubu ilə iyulun 23-də qarşılaşacaq. 2-ci təsnifat mərhələsinin ilk matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab oyunu iyunun 30-da Bakıda olacaq.