Xəbər verdiyimiz kimi, "Qarabağ"ın qapıçısı Emil Balayev karyerasını Qazaxıstanda davam etdirməyə hazırlaşır. 

Rekord.az xəbər verir ki, bu barədə meta-ratings.kz saytı artıq məlumat yayıb.

27 yaşlı qolkiper Qazaxıstanın "Turan" klubu ilə razılığa gəlib. Tərəflərin yaxında rəsmi müqavilə imzalayacaqları bildirilib. 

Əldə etdiyimiz məlumata görə, Balayevin gedişində "Qarabağ"ın ona yeni müqavilə təklif etməməsi də rol oynayıb. Belə ki, Qurban Qurbanov növbəti mövsüm üçün planlarına Emili daxil etməyib. Onun özünə də daimi oynaya biləcəyi kluba getmək tövsiyyə edilib.