“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 2-ci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində İrlandiyanın “Şelburn” komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş oyunu İtaliyadan olan hakimlər idarə edib. 

Bu komandalar arasındakı ilk görüş ötən həftə Dublin şəhərində baş tutmuş və Ağdam klubunun möhtəşəm qələbəsi ilə yekunlaşmışdı – 3:0. Ağdam təmsilçisi cavab görüşündən də qalib ayrılaraq növbəti mərhələyə yüksəlib.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu

30 iyul

Qarabağ - Şelburn 1:0
Qol: Con Martin, 44-öz qapısına.
Hakimlər: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina (hamısı İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 10. Abdullah Zubir (k), 11. Emmanuel Adday, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Semi Mmae, 6. Kris Kuaku, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Ayxan Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Şelburn: 19. Lorkan Hili, 2. Şon Gennon, 4. Kameron Leduic, 29. Patrik Barrett (k), 3. Tayrek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Makinroy, 14. Alister Kut, 27. Evan Keffri, 11. Ademipo Odubeko.
Ehtiyat oyunçular: 13. Vessel Speel, 50. Ali Topçu, 5. Ellis Çepmen, 8. Mark Koyl, 9. Şon Boyd, 10. Con Martin, 15. Samuel Boun, 16. Con O'Sallivan, 17. Den Kelli, 18. Ceyms Norris, 24. Luis Templ, 49. Reymond Offor.
Baş məşqçi: Cozef O'Brayen.