“Sonuncu rəqibimiz qruplara düşmək istəyən, böyük və zəngin komanda olan "Qarabağ" idi”.

Rekord.az xəbər verir ki, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının futbolçusu Con Moskera “GolCaracol” nəşrinə müsahibəsində deyib.

32 yaşlı yarımmüdafiəçi pley-off mərhələsinin ilk oyununda Bakıda "köhlən atlar"la qolsuz heç-heçə etdiklərini xatırladıb. Kolumbiyalı oyunçu 2:1 hesabı ilə qalib gəldikləri cavab maçtında isə məhsuldar ötürmə ilə yadda qaldığını və bununla da UEFA Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazandıqlarını söyləyib:

“Çempion olduğumuz üçün iki tur oynayacağımızı düşünürdüm. Amma 3 turun olduğunu söylədilər. İlk rəqibimiz Finlandiyanın HJK komandası idi. Onlar süni örtükdə çıxış edirlər və ora bərbad idi. Daha sonra Moldova "Şerif"i ilə üz-üzə gəldik. Çətin idi. Cavab matçında da qol vurmuşdum. 

Moskera ÇL-in qrup mərhələsindəki rəqiblərindən (İspaniya “Barselona”sı, Almaniya “Bayern"i və İtaliya “İnter”i) də bəhs edib: “Bu rəqiblərlə mübarizə aparmaq asan olmayacaq. Amma xoşbəxtik. İnamınız varsa, bu 3 klubun böyüklüyünü bilirsinizsə, hər şey mümkündür. Biz də onlarla rəqabətə girmək və bundan zövq almağa çalışırıq. Bizimlə eyni qrupa düşən rəqibləri gördükdə gülərək, ilk növbədə, gülərək, "bu nədir?" söyləyirik. Biz "ölüm qrupu"nda olsaq da, bundan zövq almaq istəyirik”.