
“Qarabağ” Bakıda məşqləri bərpa etdi
- 18 İyl 2025 21:00
- 49
Avtriya toplanışını başa vuraraq Azərbaycana qayıdan "Qarabağ" Bakıda məşqlərini bərpa edib.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı "Şelburn"la (İrlandiya) matçın hazırlığına bu gün "Azərsun Arena"da start verib.
"Şelburn"la "Qarabağ"ın ilk görüşü iyulun 23-də İrlandiyada oynanılacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.