Avropa klublarının yeni reytinq siyahısı açıqlanıb.

Rekord.az xəbər veri rki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda Azərbaycanın bir təmsilçisi yer alıb.

Qitənin 159 komandası arasında “Qarabağ” da var. Aktivində 145.5 xal olan ağdamlılar siyahıda irəliləyərək, ilk “50-liy”ə düşüb. 50-ci pillədə qərarlaşan Qurban Qurbanovun yetirmələrindən bir addım yuxarıdakı komanda İngiltərə nəhəngi “Mançester Yunayted”dir.

Reytinqə düşən Türkiyənin 7 klubundan yalnız “Qalatasaray” Azərbaycan çempionundan öndədir. “Cim-bom” 153 xalla 44-cüdür.

Siyahıya 291 xalla “Liverpul” başçılıq edir. İngiltərənin digər təmsilçisi “Çelsi” (283 xal) ikinci yerdədir. İspaniya və İngiltərə çempionları “Real”la “Mançester Siti” aktivlərindəki 252 xalla 3-cü pilləni bölüşdürürlər.

301 komandanın yer aldığı dünya reytinqində “Qarabağ” 78-ci yerdədir. Sıralamaya 304 xalla "Palmeyras" (Braziliya) rəhbərlik edir. 291 xalı olan "Liverpul" 2-cidir. "Flamenqo" (Braziliya) eyni xalla 3-cü pillədə yer alıb.